Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.
Missiya.Az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində
yaşanıb.
“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Allahverdiyev Natiq İsrafil oğlu, onun həyat yoldaşı, 1958-ciil təvəllüdlü Allahverdiyeva Aidə Kərim qızı və 1951-ci il təvəllüdlü Seyfullayev Yadigar Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.