AZ   |   RU
Ərdoğanın sədrliyi ilə keçirilən iclasda Türkiyə ordusu üçün vacib qərarlar qəbul olunub

Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında Türkiyənin hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni seriyalı "Sipər", "Hisar" və "Sunqur" sistemlərinin istehsalına dair qərar qəbul edilib.

Missiya.Az
"Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində keçirilən görüş təxminən iki saat davam edib.

Bildirilir ki, Türkiyənin F-16-larının modernləşdirilməsi, yeni elektron döyüş və radar sistemləri, müxtəlif hava, quru və dəniz platformaları, rabitə və informasiya sistemləri, logistika və kibertəhlükəsizliklə bağlı müxtəlif layihələrə də qərar verilib.

İclasda müdafiə sənayesində xaricdən alınan hər cür texnologiyanın Türkiyədə inkişafının tam müstəqil müdafiə sənayesi üçün mütləq zərurət olduğu vurğulanıb.

Qeyd olunub ki, Türkiyənin Əsrində hər sahədə olduğu kimi müdafiə sənayesində də böyük sıçrayışın olacağı, yerli sistem və texnologiyaların dizayn, inkişaf və istehsalında qətiyyətin bütün maneələrə baxmayaraq davam edəcək.


Daşqın Həsənov
Missiya.Az


  • 20-12-2022, 20:27