AZ   |   RU
İran Laçın dəhlizinin dialoq yolu ilə açılmasının tərəfdarıdır - Nasir Kənani

"İran ümid edir ki, Laçın dəhlizi məsələsi Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə tezliklə həll olunacaq".

Missiy.Az
"İSNA" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

“İran həmişə Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır. 9 noyabr 2020-ci il tarixli atəşkəslə bağlı üçtərəfli bəyannamənin tam icrası iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər”, - deyə İran rəsmisi bildirib.

Kənani qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.

Daşqın Həsənov
Missiya.Az


  • 20-12-2022, 20:00