AZ   |   RU
Rusiya Yunanıstana xəbərdarlıq etdi - Təhlükəli planlarınızdan əl çəkin

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yunanıstan mətbuatında yer alan “Afina Rusiyanın S-300 hava müdafiə sistemlərini Ukraynaya təhvil verməyə hazırdır” iddiaları ilə bağlı açıqlama verib.

Missiya.Az
xəbər verir ki, bu barədə "haber7com" saytı məlumat yayıb.

“Biz S-300, o cümlədən digər Rusiya və Sovet hava hücumundan müdafiə sistemlərini Kiyev rejiminə göndərmək kimi təxribatçı planların düşmənçilik olduğunu düşünürük", - deyə Zaxarova bildirib.

"Yunanıstanın münaqişə bölgələrinə silah göndərməklə Ukrayna ilə şərik olacağını və 1995 və 2013-cü illərdə hərbi texnika sahəsində Rusiya ilə bağladığı razılaşmaları pozacaq", - deyə rusiyalı siyasətçi vurğulayıb.

"Bu müqavilələr Yunanıstana Rusiyanın razılığı olmadan aldığımız hərbi texnikanın üçüncü ölkəyə verilməsini qadağan edir. Müqavilə üzrə öhdəliklərin pozulması Yunanıstanın müdafiə qabiliyyətini zəiflədəcək və qaçılmaz nəticələrə səbəb olacaq. Bu, Yunanıstanın beynəlxalq məhdudiyyətlərə biganə olduğunu göstərir", - deyə Zaxarova qeyd edib.

Daşqın Həsənov 
Missiya.Az


  • 19-12-2022, 23:24