Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Missiya. Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 801 nəfər müalicə olunaraq sağalıb, hazırda 543 aktiv xəstə var. Bu günə qədər 9 993 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 184, bu günə qədər isə ümumilikdə 7 405 485 test icra olunub.