Bakının Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.
Missiya.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb.
Yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.