AZ   |   RU
Bosniya və Herseqovinanın Aİ-yə üzvlük üçün namizəd statusu təsdiqlənib
Avropa İttifaqı Bosniya və Herseqovinaya namizəd statusunun verilməsini təsdiqləyib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Bosniya və Herseqovina Avropa İttifaqına üzv olmaq üçün hələ 2016-cı ilin fevralında müraciət edib.

Xatırladaq ki, oktyabrda Avropa Komissiyası tərəfindən Bosniya və Herseqovina Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə olunub.

  • 15-12-2022, 21:45