AZ   |   RU
“Brüssel Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq istəyir” - Zaxarova

ABŞ və Fransa özləri Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin “üçlüyünün” işini dayandırıblar. 

Missiya.Az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə də qiymət verib. Vaşinqton və Paris həmsədrlər kimi bu ilin fevralında saxta bəhanə ilə Moskvaynan əməkdaşlıqdan imtina ediblər. Onu beynəlxalq platforma kimi dəfn etdilər”, - deyə rusiyalı diplomat vurğulayıb.

Zaxarova Aİ-nin Ermənistandakı müşahidə missiyasının müddətinin uzadılması məsələsinə də münasibət bildirib.

“Biz başa düşürük ki, Brüssel istənilən yolla İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesinə nüfuz etmək istəyir. Sadəcə olaraq onlar mövcudluğunu gücləndirmək və sonda Rusiyanı bölgədən sıxışdırmaq üçün belə addım atırlar. Bu onların arzusudur. Biz artıq bütün bunlara münasibətimizi bildirmişik”, - deyə Zaxarova qeyd edib.


Daşqın Həsənov
Missiya.Az
 


  • 8-12-2022, 18:05