Rusiya Federasiyası Rəyasət Heyətinin Mətbuat və İnformasiya İdarəsi Putinin səhhəti ilə bağlı iddialarla əlaqədar açıqlama verib.
Missiya.Az “CNN-Türk”ə istinadən xəbər verir ki, Rusiya lideri ilə bağlı sonuncu iddia onun pilləkənlərdən yıxılması olub.
Kremldəki mənbələrə əsaslanan iddiaya görə, müayinədən sonra sümüyü zədələnən Putinə qançır diaqnozu qoyulub.
Rusiya Federasiyası Rəyasət Heyətinin Mətbuat və İnformasiya İdarəsi isə jurnalistlərə açıqlamasında “Sizin sorğunuza gəldikdə, deyə bilərik ki, bu, tamamilə yanlışdır”-deyə bildirib.
Eyni iddiaya görə, Rusiya lideri səhhətində problem olub-olmadığını yoxlamaq üçün müayinə olunub.
Leyla SƏMƏNDƏR
Missiya.Az