AZ   |   RU
Livan parlamentinin 9-cu iclasında yeni prezident seçilməyib
 
Livan Assambleyasının yeni prezidentin seçilməsi üçün keçirilən 9-cu sessiyasında heç bir namizəd kifayət qədər səs toplaya bilməyib.

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 31-də səlahiyyət müddəti başa çatan prezident Mişel Avnın varisinin seçilməsi üçün keçirilən iclasda 128 deputatdan 105-i iştirak edib.

Namizədlər arasında Mişel Müəvvəd 39 etibarsız səs toplayıb, qalan 27 səs isə digər namizədlərə verilib. Müvafiq olaraq, heç bir namizəd prezident seçilmək üçün tələb olunan 2/3 səs çoxluğunu əldə edə bilməyib.

Parlamentin sədri Nəbih Berri yeni prezidentin seçilməsi üçün növbəti iclasın dekabrın 15-də keçiriləcəyini açıqlayıb.

Livan parlamenti sentyabrın 29-da yeni prezidenti seçmək üçün ilk iclasını keçirib.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 8-12-2022, 17:50