AZ   |   RU
Şilyan kəndində Vətən müharibəsi şəhidlərinə xatirə löhvəsi qoyulub - FOTO
 
Kürdəmir rayon Şilyan kəndinin yeddi sakini Vətən müharibəsində müəqddəs şəhidlik zirvəsinə ucalıb.  

Kapitan Fərrux Hüseynov, Ramil Babayev, baş gizir Ramin Quliyev, Elvin Ömərov, Nahid Mikayılov, gizir Elnur Abışov, müəllim Qoşqar Ömərov işğalçı Ermənistan ordusuna qarşı haqq savaşında qəhrəmancasına şəhid olublar. 

Şilyan kəndinin girişində qəhrəman şəhidlərin fotoları əks olunan xatirə löhvəsi qoyulub. Kənd sakini Rəhman Vəliyevin dəstəyi ilə ucaldılan lövhənin ətrafını güllər bəzəyir. Kəndə daxil olan hər bir insan qəhrəmanların ruhu qarşısında baş əyir, işğaldakı torpaqların azadlığı uğurunda canlarından keçən Vətən övladlarına Allahdan rəhmət diləyir. 

Missiya.Az
xəbər verir ki, R.Vəliyev "Rupor"un əməkdaşı ilə söhbətində bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində öndə Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, Birinci-vitse prezident Mehriban Əliyevanın həyata keçirdikləri böyük işlərə hər bir azərbaycanlı dəstək olmağı özünün ən ali borcu hesab edir: "Mən də şəhidlərimizə ehtiramımı əməlimlə göstərməyə çalışıram. Şəhidlər, qazilər qanları, canları ilə vətənimizi bütövləşdiriblər. 30 illik yurd həsrətimizə son qoyan və əbədiyyət zirvəsinə ucalan qəhrəman oğullarımızın adına layiq işlər görmək əsas vəzifəmizdir".

Dövlətin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərdiyi yüksək səviyyədə diqqət və qayğının ictimaiyyət tərəfindən böyük minnətdarlıqla qarşılandığını xatırladan R.Vəliyev bu kimi dəstək tədbirlərində yaxından iştirak etməyə hazır olduğunu vurğulayıb. 



  • 17-05-2021, 09:51