AZ   |   RU
Ağ Ev: “Bayden ilin əvvəlində ikinci müddətə namizədliyi ilə bağlı qərar vermək niyyətindədir”

ABŞ Prezidenti Cozef Bayden gələn ilin əvvəlində ikinci müddətə prezidentliyə namizədliyi ilə bağlı yekun qərarı vermək niyyətindədir.

Missiya.Az Report-a xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə açıqlamasında təsdiqləyib.

O, brifinqdə müvafiq sualı cavablandırarkən deyib ki, dövlət başçısı seçkilərdə iştirak etmək niyyətindədir: “O bunu ailəsi ilə müzakirə edəcək və çox güman ki, gələn ilin əvvəlində qərar verəcək”.

  • 6-12-2022, 23:12