AZ   |   RU
Böyük Britaniyada 6 aylıq körpələrə “Pfizer” peyvəndi vurulacaq

Böyük Britaniyada koronavirusa qarşı “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd 6 aylıq körpələrdən 4 yaşa qədər olan uşaqlarda istifadə ediləcək

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı məlumat yayıb.

Təşkilat peyvəndin tələb olunan təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına cavab verdiyini bildirib.

Qərardan əvvəl 4526 könüllü arasında sınaqlar keçirilib.

  • 6-12-2022, 21:40