AZ   |   RU
Monqolustan paytaxtında etirazlar zamanı 13 polis əməkdaşı yaralanıb

Monqolustanın paytaxtı Ulan-Batorun baş meydanında keçirilən etiraz aksiyaları zamanı azı 13 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Missiya.Az xəbər verir ki, bu barədə Monqolustanın "Isee" informasiya portalı paytaxtın polis idarəsinə istinadən məlumat yayıb.

12 təhlükəsizlik əməkdaşına yerindəcə tibbi yardım göstərilib. Bir polis burun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

“Hökumət Evinə basqın zamanı 10 vətəndaş huşunu itirib, onlara tibbi yardım göstərilib”, - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları aksiyalar zamanı törədilmiş 19 cinayət və qanun pozuntusunu da araşdırır. O cümlədən, poçt idarəsi və Hökumət evinin şüşə qapısı sındırılıb, onun ətrafındakı hasarın bir hissəsi sökülüb, meydandakı yeni il ağacı yanıb.

Dekabrın 4-də Ulan-Batorda kömürün gömrükdən yan keçməklə Çinə ixracı ilə əlaqədar davam edən təhqiqatla bağlı etirazlar başlayıb.

  • 6-12-2022, 21:07