Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Missiya.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiri
Qonaqları salamlayan Milli Məclisin sədri, xalqlarımız arasında əsrlər boyu davam edən tarixi əlaqələrin mövcud olduğunu, bu münasibətlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında dövlət başçılarının rolunu diqqətə çatdıraraq, qarşlıqlı səfərlərin də bu münasibətlərə töhfə verdiyini bildirib.
Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri haqqında danışan Milli Məclisin sədri bu sahədə parlament əlaqələrinin də özünəməxsus rolunu qeyd edib.