AZ   |   RU
Azərbaycan-Türkiyə birgə təlimi - Əmmaməli ermənilərə mesaj

Qısa adı SEPAH olan, artıq beynəlxalq aləmdə terror təşkilatı kimi tanınan İran İslam İnqilabı Keşikçiləri Korpusunun Araz çayı sahilində keçirdiyi irimiqyaslı hərbi təlimlərin İran-Azərbaycan münasibətlərinə təsiri mövzusunda aparılan müzakirələrə Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev öz qətiyyətli sözləri ilə son qoydu: “...istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik. Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.” 
 
 Əlbəttə ki, İran molla rejiminin ötən il uğursuzluqla nəticələnən “Xeybər fatehləri” təlimindən sonra Azərbaycanla sərhəddə növbəti irimiqyaslı hərbi təlim keçirməsi daxildəki iğtişaşların qanla boğulması xəbərlərini ört-basdır etməyə hesablanmışdı. İran rejiminin SEPAH qoşunları sovet istehsalı olan köhnə texnikalarla və özlərinin istehsal etdikləri keyfiyyətsiz silah nümunələri ilə Araz çayı sahilində nə qədər sağa-sola atılıb düşsə də bu bizim üçün sadəcə bir tamaşa idi. 
 
Pas atmış dəmir-dümürlərini yığıb Arazın cənub sahilində sağa-sola qaçışan, hətta öz tərəflərində dəryaça tapıb Araza bənzədərək üstündə körpü də quran molla rejiminin terrorçuları, sovet istehsalı və eləcə də inqilabdan əvvəl şah rejiminə aid amerikan istehsalı olan köhnə texnikaları nümayiş etdirməklə heç nəyə nail ola bilməyəcəklərini anladılar. 
 
Əmmaməli terrorçuların qeyri-peşəkar hərbi təliminə adekvat cavab olaraq Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin keçirilməsi, Hərbi Hava Qüvvələrinin,  Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqların icra edilməsi İrana mesaj idi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərdə əsas məqsədin xüsusi təyinatlıların peşəkarlıq səviyyəsinin daha da artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi olduğu qeyd edildi.
 
Hazırda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin cəlb olunması ilə keçirilən təlimin Bakı şəhəri ilə yanaşı, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə etməsi diqqət çəkir. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif  tapşırıqlar da icra edilir. 
 
Deməli, İranın pafoslu çıxışları öz köhnə texnikaları kimi artıq işə yaramır. Vətəndaşlarını qətlə yetirən uşaq qatili mollaların keçirdiyi təlimlər və etdiyi hədələr mənasızdır. Çünki, ən müasir hərbi təchizata malik və şəxsi heyəti SEPAH-dan daha peşəkar olan iki dövlətin bir ordusu Araz sahilində rahatlıqla təlim keçirir və hətta panton körpülər salır. Cənab Prezidentimizin dediyi kimi, Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.”
 
Bir sözlə bundan sonrasını bizə düşmən kəsilənlər, eləcə də erməni qardaşı əmmaməli kafirlər düşünsünlər.

Nəriman Sultanoğlu
Missiya.Az
 
 

  • 5-12-2022, 19:37