"Təzyiq və ya təhdid altında nüvə danışıqlarının bərpasını qəbul etməyəcəyik".
Missiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmi dəyərləndirərkən zaman deyib.
Kənani ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2018-ci ildə birtərəfli qaydada geri çəkildiyi İranla nüvə danışıqları kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmağın müzakirə edildiyi danışıqlara toxunub.
Bunlara baxmayaraq sözçü hələ də danışıqlar prosesinə sadiq olduqlarını və bir nəticəyə gəlməyin əhəmiyyətli olacağını bildirib.
Zərintac MAYİSQIZI
Missiya.Az