AZ   |   RU
Medvedevin AB-yə qış tövsiyəsi- İçki, ədyal və qazanlar ehtiyat görün

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropaya neftin qiymətinin kəskin artması fonunda içki və yorğan-döşək yığmağı tövsiyə edib. 

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti Dmitri Medvedev Aİ ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin barrelinə 60 dollar tavan qiymət tətbiq etmək qərarına reaksiya verib.

Neftin bahalaşacağını bildirən Medvedev, “Qiymətlərdə ağlasığmaz şeylər olacaq. İstehlakçı üçün yaxşı olmayacaq. Ona görə də içki, pambıq yorğan-döşək, qazan anbarına yığsınlar. Hələ çox uzun yolumuz var, qış yeni başlayıb” ifadələrini işlədib. 

Aqil Musa

Missiya.Az



  • 5-12-2022, 19:11