AZ   |   RU
Qərbin dəstəyi Kiyevi danışıqları rədd etməyə təşviq edir

Rusiya prezidenti Almaniyanı Ukraynadakı hadisələrlə bağlı yanaşmasına yenidən baxmağa çağırıb.

Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Almaniya kansleri Olaf Şolzla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynanı silahla təmin etməyin dağıdıcı siyasət olduğunu bildirib.

“Kiyev rejimini silah-sursatla dolduran və Ukrayna hərbçilərini öyrədən Qərb ölkələrinin, o cümlədən Almaniyanın yürütdüyü dağıdıcı siyasətə yönəldilib” deyə məlumatda bildirilir:

Kremldən o da vurğulanıb ki,  “bütün bunların, eləcə də Ukraynaya hərtərəfli maliyyə dəstəyinin nəticəsi olaraq, Kiyev danışıqlar ideyasını qəti şəkildə rədd edir. Bundan əlavə, bu, radikal Ukrayna millətçilərini dinc əhaliyə qarşı daha ağır cinayətlər törətməyə təşviq edir”.

Rusiya və Almaniya liderləri Ukrayna ətrafında vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. "Putin bir daha Rusiyanın xüsusi hərbi əməliyyat keçirməsinə yanaşmasının təfərrüatlarını izah etdi", - Kremlin mətbuat xidməti qeyd edib.

Teymur Aslanov
Missiya.Az

  • 2-12-2022, 17:54