“NATO hələ də Ukrayna rejiminə müharibə tətbiq edir və Ukraynaya silah göndərir. Beləliklə, təşkilat müharibəni uzadır və Ukrayna administrasiyası üçün vəziyyəti çətinləşdirir ”.
Missiya.Az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın paytaxtı Moskvada aktual məsələlərə dair jurnalistlərə açıqlaması zamanı deyib.
Avropa İttifaqının Rusiyanın Ukraynadakı vəziyyəti araşdırmaq üçün məhkəmə qurmaq planlarından da danışan Peskov: "Bu cəhdlərin heç bir legitimliyi olmayacaq. Bizim tərəfimizdən qəbul edilməyəcək və qınanılacaq”, - deyə sərt və qərəzli mövqe bildirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen dünən verdiyi açıqlamada isə Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətləri araşdırmaq üçün xüsusi məhkəmənin yaradılmasının vacibliyini bildirib.
Zərintac MAYİSQIZI
Missiya.Az