AZ   |   RU
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxıldı - Özəl
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov həbsdən azad olunub.


Missiya.Az-ın əldə etdiyi məlumata görə, bu gün Əhməd Əhmədovun apellyasiya şikayətinə baxılıb və sabiq nazirin iddiası təmin olunub.

Əhməd Əhmədov məhkəmə zalından sərbəst buraxılıb.

Xatırladaq ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunmuş və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilmişdi. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılmışdı.

Missiya.Az

  • 28-11-2022, 19:03