AZ   |   RU
Ermənistan parlamentinin sədri: "KTMT gözləntilərimizi doğrultmadı”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gözləntilərimizi doğrultmadı”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT-nin İrəvanda keçirilən sammiti ilə bağlı jurnalistlərin sualına cavabında bildirib.

“Əgər doğrultsa idi, onda bəyannaməni imzlayardıq”, - Alen Simonyan qeyd edib.

Ermənistanın bu təşkilatda qalıb-qalmayacağı ilə bağlı suala cavabında isə o, bildirib ki, belə bəyanat verməyiblər:
“Ancaq KTMT-nin regiondan çıxmasından narahat olduğumuzu bildirmişik”.

Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan toplantının yekun bəyannaməsini imzalamaqdan imtina edib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 24-11-2022, 15:10