AZ   |   RU
Mahmud Əhmədinejat yenidən İranın prezidenti olmağa hazırlaşır

İranın sabiq prezidenti Mahmud Əhmədinejat qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürüb.

Missiya.Az
xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

64 yaşlı siyasətçi 2005-2013-cü illər aralığında İrana rəhbərlik edib.

İran qanunvericiliyinə görə, seçkidə iştirak etmək istəyən şəxs qeydiyyatdan keçdikdən sonra yalnız İran Konstitusiyasının Mühafizə Şurasının
icazəsindən sonra prezident seçkilərində iştirak edə bilər.

İranda prezident seçkiləri iyunun 18-nə təyin edilib.


  • 12-05-2021, 17:48