Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu 15 noyabr tarixində dünya əhalisinin 8 milyard nəfərə çatdığını bildirib.Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) açıqladığı hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildəisə 10,4 milyard nəfərə çatacağı təxmin edilir.
Dünyada əhalinin artım tempi yavaşlasa da, əhalinin 2100-cü ilə qədər artmağa davam edəcəyi gözlənilir.
Qeyd edək ki, 1970-ci illərdən bəri azalan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən aşağıdüşüb.
Dünyanın 7 milyarddan 8 milyard insana yüksəlməsi üçün təxminən 12 il lazım olduğu halda, 9 milyarda çatmaq üçün 2037-ci ilə qədər14 il yarım müddətin keçməsi gözlənilir. Proqnozlara görəAfrikada əhalinin artımı yüksək məhsuldarlıq səviyyəsinə görə 2050-ci ilə qədər qlobal artımın yarısından çoxunu təşkil edəcək.
Teymur AslanovMissiya.Az