Türkiyə rusların ən çox seçdiyi ikinci ölkə oldu .
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti rusiyalıların xaricə getməsi ilə bağlı statistik məlumatları açıqlayıb.
Məlumata görə iyul-avqust-sentyabr ayları arasında 9 milyon 710 min rus digər ölkələrə gedib.
Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, rusların ən çox-2,5 milyon rus Abxaziyaya gedib. Abxaziyadan sonra rusların ən çox üstünlük verdiyi ölkə Türkiyə olub. Belə ki, İyuldan sentyabr ayına qədər olan 3 aylıq dövrdə 2,1 milyon rus Türkiyəyə gedib.
Qeyd edək ki, ötən ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra xeyli sayda rus təyyarə ilə Türkiyəyə, avtomobil yolu ilə isə Gürcüstan, Qazaxıstan, Monqolustan və Baltikyanı ölkələrə axın edib.
Aqil MusaMissiya.Az