AZ   |   RU
NATO-dan diqqətçəkən açıqlamalar- Ərdoğan mühüm rol oynayır


Prezident Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizi ilə bağlı yaranmış problemi aradan qaldırmaq üçün oynadığı rol bütün dünyanın diqqətini çəkib.

Missiya.Az
 
Türkiyə KİV-nə istinadən xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Stoltenberq Türkiyənin taxıl dəhlizinin yenidən açılması ilə bağlı “Ərdoğan mühüm rol oynayır” deyib.

İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı da fikirlərini bölüşən Stoltenberq,  üçlü memorandumun tələblərini yerinə yetirən İsveç və Finlandiyanın üzvlüyünün mümkün qədər tez təsdiqlənməsini gözlədiyini ifadə edib. 

 Danışıqların asan olmadığını qeyd edən NATO rəhbəri “Madriddə saatlarla görüşlərimiz oldu. Biz Finlandiya, İsveç və Türkiyənin əldə etdikləri razılaşmaları yüksək qiymətləndiririk” deyə bildirib.

 
Aqil Musa
 Missiya.Az

 



  • 5-11-2022, 17:40