AZ   |   RU
Putin: “Üçtərəfli işçi qrupun fəaliyyətinə əlavə təkan vermək lazımdır”

“Regionda kommunikasiyaların açılması üçün üçtərəfli işçi qrupun fəaliyyətinə əlavə təkan vermək lazımdır”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın dövlət başçısı Vladimir Putin oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“Bu görüşün məqsədi, mənim başa düşdüyüm qədər, 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmalarımızın həyata keçirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb. İndi də bizim sülhməramlı kontingentimiz həyata keçirməli olduğu missiyasını yerinə yetirir. Bu qiymətləndirmənizə görə sizə minnətdaram”, - o vurğulayıb.

“Bu gün isə təbii ki, hazırda yaranmış vəziyyətdən danışmaq, indiyədək həll olunmamış məsələlərin həll yollarını axtarmaq lazımdır. Bununla bağlı iqtisadi baxımdan vacib məqamı qeyd etmək istərdim: biz üçtərəfli işçi qrup yaratmışıq, ona baş nazirin müavinləri rəhbərlik edir. İki il əvvəl haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, bu məsələ ilə bağlı da əlavə impulsa ehtiyac var. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir”, - V.Putin bildirib.

  • 31-10-2022, 19:01