Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi insan haqları üzrə vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın Azərbaycan Vəkillər Kollegiyasında üzv kimi bərpası haqda verilən qərarı alqışlayır.Missiya.Az Report.az-a istinadən xəbər verir.
"Dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanun aliliyinin qorunmasında müstasna rol oynayırlar. Xanın Hümbətova, xanın Cavadova, və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və sıravi vətəndaşlar hüquq xidmətlərindən faydalanmaq imkanı qazanırlar", - məlumatda bildirilib.