AZ   |   RU
Ağstafada yol qəzası olub, xəsarət alanlar var


Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


  • 21-10-2022, 16:24