Boris Conson və keçmiş maliyyə naziri Rişi Sunak dünən istefa verən Böyük Britaniyanın baş naziri Liz Trassın yerinə əsas namizədlər sırasındadır.
Missiya.Az haberglobal.com-a istinadən xəbər verir ki, namizədlər Mühafizəkarlar Partiyasının liderlik yarışına qatılmaq üçün partiyanın deputatlarından 100 səs almaq üçün çalışacaqlar.
Qeyd edək ki, Trussun açıqlamasına görə, vergi qanun layihəsinin ardından istiqraz və valyuta bazarlarında baş verən gərginlikdən sonra plan dayandırılıb, maliyyə və daxili işlər nazirləri vəzifələrindən gediblər və parlamentdə Trussa qarşı reaksiyalar ciddi şəkildə artıb.
Aparılan ictimai rəy sorğuları nəticəsində Mühafizəkarlar Partiyasının gələcək ümumi seçkilərdə İşçi Partiyasına məğlub olacağı ehtimal edilir. İngiltərədə son 6 ildə beşinci baş naziri təyin etmək üçün mübarizə başlayıb.
Zərintac MAYİSQIZI
Missiya.Az