Pensilvaniyada körpünün açılışında iştirak edən ABŞ prezidenti Co Bayden çıxışı bitdikdən sonra arxasını çevirərək boşluqla söhbət edib. Bayden daha sonra hansı tərəfə gedəcəyini unudub. Missiya.Az Türkiyə KİV-nəistinadən xəbər verir ki, izah olunmaz hərəkətlərinə görə tez-tez tənqid olunan ABŞ prezidenti Co Bayden yenidən gündəmdədir.
Daha əvvəl boşluqla əl sıxdığı anları əks etdirən Bayden yenə qəribə hərəkətlər sərgiləyib.
Fern Hollov Körpüsünün açılışında iştirak edən Bayden çıxışı bitdikdən sonra arxasını çevirərək boşluqla söhbət edib.
Səhnədə yönünü itirən Amerika prezidenti bir dəfə arxaya dönüb və sonra rəsmilərin yönləndirməsi ilə səhnədən tələsik enib.
Co Baydenin bu hərəkəti sosial mediyada maraqla qaşılanıb.
Aqil MusaMissiya.Az