AZ   |   RU
Türkiyə - Azərbaycan matçının başlama saatı açıqlandı


Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.

Missiya.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv "ay-ulduzlular"la qarşılaşmadan sonra - iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişineuda Moldova yığması ilə üz-üzə gələcək.

  • 4-05-2021, 17:31