Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
Missiya.Az Report.az-a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-aprel aylarında AÇG yatağından
1 mlrd 437 mln ABŞ dolları məbləğində gəlir əldə edilib.
O cümlədən hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından bu ilin yanvar-aprel aylarında əldə olunan gəlir
42,352 mln ABŞ dolları təşkil edib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (
30,37 %), SOCAR (
25 %), “MOL Group” (
9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX
(9,31 %), “Equinor” (
7,27 %), “ExxonMobil” (
6,79 %), TPAO (
5,73 %), ITOCHU (
3,65 %), “ONGC Videsh Limited” (OVL) (
2,31 %) pay sahibidir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan
70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator –
28,8 %), AzSD (
10 %), "SGC Upstream" (
6,7 %), "Petronas" (
15,5 %), "LUKoil" (10 %), NICO (
10 %) və TPAO (
19 %) şirkətləri iştirak edir.