AZ   |   RU
Rus qazını Avropaya ötürən borularda sızmanın təxribat olmasına dair şübhələr artır


Rus qazını Baltik dənizi üzərindən Avropaya daşıyan “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinin Danimarka və İsveç ərazi sularından keçən hissəsində baş vermiş sızmanın təxribat olmasına dair iddialar getdikcə daha da güclənir.
 
Missiya.Az
Türkiyənin “Posta” qəzetinə istinadən xəbər verir ki, İsveç Təhlükəsizlik Polisi hadisə yerində apardığı araşdırmalara əsasən  təxribatın istisna olunmadığını açıqlayıb.

Həmçinin o da bildirilib ki, götürülən materiallar hazırda analiz olunur və istintaq davam edir. “İstintaqın nəticəsi, kimin mühakimə olunub-olunmayacağını müəyyən edəcək” – deyə, açıqlamada qeyd olunur. 
 
Aqil Musa
Missiya.Az



  • 7-10-2022, 15:39