AZ   |   RU
Ərdoğan: “Ermənistan Azərbaycanla dərhal sülh bağlı müqaviləsini imzalasın”

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün mövcud olan xüsusi təmsilçilərimiz danışıqları davam etdirirlər. Eyni zamanda hər iki ölkənin xarici işlər nazirləri bütün bu məsələləri ümumiləşdirib bizə təqdim edəcəklər”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı erməni jurnalistin sualına cavab olaraq bildirib.

Ərdoğan əlavə edib ki, ölkələr arasında normallaşma prosesinə dair xüsusi numayəndələr də görüşəcək: “Növbəti addımlar bu görüşlərin nəticəsindən asılı olaraq atılacaq”.

O, jurnalistin Ermənistana irəli sürdüyünüz ilkin şərtlər nədir sualına cavabında deyib:

“Bizim ilkin şərtimiz yoxdur. Biz sadəcə istəyirik ki, Ermənistan Azərbaycanla hüquqi məsələləri həll etsin, və dərhal sülh bağlı müqaviləsini imzalasın. Bunu etdiyiniz anda bizimlə bağlı heç bir problem qalmayacaq. Qapılar açıqlacaqsa, qapıları, hava, yol və dəmir yollarımızı açarıq”.

  • 6-10-2022, 23:29