AZ   |   RU
Prezident İlham Əliyev: Növbəti illərdə biz Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırırıq

Biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə olaraq, dünyada indiki geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Tale belə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı.

Missiya.Az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, biz bu il Avropaya qaz ixracını təxminən 30-40 faiz artıracağıq. Bu, böyük sərmayə tələb edir: “Biz buna getməyə hazırıq və gedirik. Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırırıq”.

  • 6-10-2022, 22:05