AZ   |   RU
Prezident İlham Əliyev: Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var

Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir.

Mİssiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.

Avropa İttifaqının Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yeni saziş üzərində iş aparılır.

“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti, müasir nəqliyyat infrastrukturu - Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Avropa üçün də çox önəmlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.


  • 6-10-2022, 21:28