AZ   |   RU
Yunanların məşhur limanından İspaniya da istifadə edəcək

Yunanıstanın Aleksandrupoli limanından istifadə edəcək NATO ölkələrinə İspaniyanın da qoşulacağı açıqlanıb.

Missiya.Az
“haber7com”a istinadən xəbər verir ki, bu barədə yunan mətbuatı məlumat yayıb.

Yunan mətbuatında çıxan xəbərlərdə, Aleksandrupoli limanının hazırda ABŞ, İngiltərə və İtaliya Silahlı Qüvvələri tərəfindən hərbi texnika daşınması üçün istifadə edildiyinə diqqət çəkilərək, İspaniya Silahlı Qüvvələrinin Aleksandrupoli (Dedeağaçdan) istifadə edəcəyi iddia edildi.

Bu səbəbdən İspaniya Silahlı Qüvvələrinin rəsmilərinin Aleksandrupoli Liman İdarəsinin rəisi Kostas Hacimihail ilə görüşdüyü bildirilir.

Görüşlə bağlı açıqlama verən Kostas Hacimihail bildirib ki, NATO müttəfiqi ölkələrin silahlı qüvvələri ilə əməkdaşlığımız artmaqdadır və liman beynəlxalq arenada mühüm hərbi logistika mərkəzlərindən birinə çevrilir.


Daşqın Həsənov
Missiya.Az


  • 30-09-2022, 16:19