“Bizim konqresmenlərin himayə etdiyi qətnamələr xüsusi əhəmiyyət kəsb edir və Azərbaycana aydın və güclü mesaj göndərdiyi üçün vacibdir. Bundan başqa, ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması da az əhəmiyyət kəsb etmir, lakin biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz bağlıdır”. Missiya.az erməni KİV-ə istinadən xəbər verir ki, bu haqda konqresmen Ceki Speyer Amerika Erməni Assambleyasının təşəbbüsü ilə təşkil olunan onlayn görüş zamanı bildirib.
O, Ukraynanı misal çəkərək Ermənistanın da bu ölkənin yolu ilə gedəcəyinə və “Rusiyaya qarşı müqavimət göstərəcəyinə” ümid etdiyini bildirib.
Erməni kökləri olan Ceki Speyer Ermənistanı vətəni hesab etdiyini bildirib və ölkənin Sovet İttifaqının dönəminə qayıtmasını istəmədiyini qeyd edib.
SABAH
Missiya.az