AZ   |   RU
Rusiyada məktəbə silahlı hücum – 6 nəfər öldürüldü

Rusiyanın İjevsk şəhərində 88 saylı məktəbdə atışma olub. Mühafizəçilərdən biri həlak olub, qurbanlar arasında uşaqlar da var. 

Missiya.az
“Kommersant”-a istinadən xəbər verir ki,   məlumatı Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib. 

Rəsminin dediyinə görə, hücum edən şəxs heç bir tələb qoymadan özünü güllələyib. Məlumata görə,  yazır ki, 6 nəfər ölüb, 20 nəfər yaralanıb. Lakin zərərçəkənlər ağır yaralandığı üçün ölənlərin sayı arta bilər.

Aleksandr Breçalov hadisə yerində xüsusi təyinatlıların və təcili yardımın işlədiyini bildirib. 
 
88 saylı məktəb İjevsk şəhərinin mərkəzində, şəhər administrasiyasının binasından bir qədər aralıda yerləşir. Məktəbdə 982 şagird, 80 müəllim çalışır.

Qeyd edək ki, Rusiyada son iki ildə məktəblərdə atışma halları artıb. 2020-ci il mayın 11-də Kazan gimnaziyasında 7 uşaq olmaqla 9 nəfər atışmanın qurbanı olub. 20 sentyabr 2021-ci ildə Perm Dövlət Universitetində 6 nəfərin ölümü və 47 nəfərin yaralanması ilə nəticələnən atışma baş vermişdi. Təhsil Nazirliyi məktəblərə hücumları terror hücumları ilə eyniləşdirməyi təklif edib.

Daşqın Həsənov
Missiya.Az
 
 


  • 26-09-2022, 12:49