AZ   |   RU
Co Biden II Elizabet haqqında: "O, sadəcə bir monarxdan daha çox idi"

ABŞ prezidenti Co Bayden Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı başsağlığı verib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bayden bildirib ki, o sadəcə bir monarxdan daha çox olub.

Amerika prezidenti mərhum monarxı britaniyalı nəsillər üçün rahatlıq və qürur mənbəyi adlandırıb.

O, həmçinin qeyd edib ki, onun hakimiyyəti dövrü bəşəriyyətin misli görünməmiş tərəqqi dövrü olub.

“Kraliça II Elizabet Böyük Britaniya və Birləşmiş Ştatlar arasında güclü ittifaqı möhkəmləndirən, əvəzolunmaz ləyaqət və davamlı siyasi xadim idi.

O, iki tərəfli münasibətləri xüsusi etməyə kömək etdi”, - deyə bayden qeyd edib.


  • 8-09-2022, 23:47