Cümə 30 May 2025 / 10:38:51
                    AZ   |   RU
Ermənistanda gündəmi Azərbaycan təyin edir-erməni politoloq

Brüssel görüşünün ermənilərə yaşatdığı şok hələ bundan sonra da davam edəcək.

Missiya.Az
“Hraparak” nəşrinə istinadən xəbər verir ki, politoloq Arman Abovyan Brüssel görüşü ilə bağlı  daha bir açıqlama verib. “Bir sözlə, avropalıların vasitəçiliyi ilə Brüsseldə keçirilən görüş bir daha onu göstərir ki, ən qaranlıq proqnozlar təəssüf ki, özünü doğruldur.” – deyə o bildirib.

Gələcəkdə imzalanması nəzərdə tutulan sülh sazişi ilə bağlı ermənisayağı qorxusunu ifadə edən erməni politoloq - “Aydın başa düşülməlidir ki, “sülh sazişi” adlanan saziş mahiyyətcə erməni tərəfi üçün hərtərəfli kapitulyasiya sənədi olacaq.” -fikirlərini səsləndirib.  

Abovyan əgər sülh müqaviləsi imzalansa, Azərbaycan tərəfinin qondarma rejimin ləğvi ilə işi yekunlaşdırmayacağını və hətta Ermənistan Respublikasının parçalanmasını qanuniləşdirmək üçün bu sənədin hüquqi əsas alacağını qeyd edib. Görünən odur ki, Azərbaycanın əzəli və əbədi torpaqlarına köçürülmüş ermənilər artıq torpaqların əsas sahiblərinin geri qayıdacağını açıq-aydın hiss etməyə başlayıblar.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır” sözləri erməniləri daha çox qorxuya salıb. “Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: "Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə” - prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər getdikcə reallıq qazanmaqdadır.

Deyəsən erməni tərəfi də bunun fərqindədir ki, politoloqlar sülh sazişini Ermənistanın hərtərəfli kapitulyasiyası adlandırmağa başlayıblar.

Nəriman Sultanoğlu
Missiya.Az




  • 5-09-2022, 18:27