AZ   |   RU
Bakıda ödəmə terminalından oğurluq edilib
Bakıda ödəmə terminalı və marketdən oğurluq edilib.

Missiya.Az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8 000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş - Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini E.Zeynalov müəyyən olunaraq saxlanılıblar. 
Faktla bağlı araşdırma aparılır.

  • 3-09-2022, 13:01