Yaponiyada “Hinnamnor” qasırğasının yaxınlaşdığı bildirilib. Bununla əlaqədar hakimiyyət 100 mindən çox insanı təxliyə edir.
Missiya.Az xəbər verir ki, ölkənin cənubundakı Okinava prefekturasının İsiqaki şəhərinin 49,6 min sakini, həmçinin Okinavanın Miyakodzima şəhərinin 55,5 minə yaxın sakini təxliyə əmri alıb.
“Hinnamnor” qasırğası avqustun 28-də Sakit Okeanda tropik fırtına kimi formalaşıb. Qasırğanın daxilində küləyin sürəti saniyədə 60 metrə çatır. Hazırda təbii fəlakət Yaponiyanın cənub adaları yaxınlığından şimala doğru hərəkət edir.