AZ   |   RU
Ermənistan MTX-nin keçmiş direktoru fərarilikdə ittiham olunur

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanesyan istintaqa cəlb olunub.

Missiya.Az xəbər verir ki, “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu siyasətçinin vəkili Lusine Saakyan bildirib.

Onun sözlərinə görə, A.Vanesyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə çağırılıb.

MTX-nin sabiq rəhbəri ermənilərin Şuşada uğradıqları ağır məğlubiyyətlə bağlı ittiham olunur. Bildirilib ki, müharibə zamanı A.Vanesyan və başçılıq etdiyi “Vətən” silahlı dəstəsi Şuşadakı mövqelərini özbaşına tərk ediblər.


  • 28-04-2021, 15:48