“İslamdünyası dövlətləriregionalvə qlobal gündəmdə olan bir çox aktual problemlərin həllində, daha ədalətli və demokratik dünya nizamı qurmaq səylərində ənənəvi tərəfdaşdırlar”.
Missiya.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2022-ci il Gənclər Paytaxtı beynəlxalq proqramı olan Kazan Qlobal Gənclər Sammitinə göndərdiyi mesajda deyib.
Bildirək ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Taha Ayhanın moderatorluğu ilə keçirilən “Gənclər Qlobal Gündəmdə” mövzusunda keçirilən sessiyada Tatarıstan Prezidenti Rüstəm Minnixanov iştirak edib.
Minnixanov Rusiya prezidenti Vladimir Putinin sammitdə göndərdiyi mesajı oxuyub. Putin vurğulayıb: “İslam dünyası dövlətləri regional və qlobal gündəmdəki bir çox aktual problemlərin həllində, daha ədalətli və demokratik dünya nizamı qurmaq səyində bizim ənənəvi tərəfdaşlarımızdır. Gənclərin belə konstruktiv, çoxşaxəli qarşılıqlı fəaliyyətdə getdikcə daha fəal iştirak etməsi vacibdir”.
Belə bir tədbirin Tatarıstanda İslamın qəbulunun 1100 illiyi ilə bağlı qeyd olunan tədbirlərə təsadüf etdiyini qeyd edən Minnixanov, “922-ci ildə əcdadlarımızın İslamı qəbul etməsi dövlətimizin inkişafında mühüm rol oynayıb. Biz İslam dünyası və İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı fəaliyyətə xüsusi önəm veririk” – fikirlərini əlavə edib.
Teymur AslanovMissiya.Az