AZ   |   RU
Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu ilə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevlə vida mərasimi keçirilir.

Missiya.Az xəbər verir ki, tədbirdə rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak edirlər.

Mərasimdən sonra şəhid kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ə.Musayev 7 aya yaxındır Murovdağ istiqamətində itkin düşmüşdü.


  • 27-04-2021, 18:27