AZ   |   RU
Türk ordusu Suriyanın şimalında antiterror əməliyyatlarını davam etdirir

Türkiyə ordusu Suriyanın şimalında 6 YPG terrorçusunu zərərsizləşdirib.
 
Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Nazirlik bildirib ki, terrorçular “Fərat Qalxanı” əməliyyatı zonasında məhv edilib.
 
“Terrorçuların olduğu yerə artilleriya zərbəsi endirilib. Yaraqlılara qarşı əməliyyatlarımız sürətini azaltmadan davam etdiriləcək” – deyə Nazirlik vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


  • 26-08-2022, 16:30