AZ   |   RU
NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir

 

Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treyninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.




  • 4-06-2025, 10:15