AZ   |   RU
Gələn ay Azərbaycan-Yaponiya əməkdaşlıq komissiyasının 11-ci iclası olacaq

Gələn ay Bakıda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclası keçiriləcək.

Missiya.Az xəbər verir ki, iclasla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlıqlara başlayıb.

Xatırladaq ki, Dövlət Komissiyası ölkə prezidentinin 5 fevral 1999-cu il tarixli sərəncamı ilə yaradılıb, Azərbaycan tərəfdən sədri ekologiya və təbii sərvətlər naziridir.

Komissiyanın 10-cu iclası 22 noyabr 2019-cu il tarixində Yaponiyanın paytaxtı Tokioda keçirilib.

  • 26-08-2022, 15:56